Yenidən uçota alma

Bazarın canlanmasına, o cümlədən likvidliyin artmasına və kreditə artan tələbin qarşılanmasına kömək etmək məqsədilə artıq hər hansı maliyyə qurumları (adətən kommersiya bankları) tərəfindən uçota alınmış qısamüddətli sərbəst dövr edən dövlət və ya digər borc alətlərinin ödəniş müddəti başa çatmazdan əvvəl Mərkəzi Bank tərəfindən yenidən uçota alınması.
Yenidən maliyyələşdirmə
Yer
OBASTAN VİKİ
Alma
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Yenidən axıtma
Yenidən axıtma yazılı mətnin yenidən düzləndirilərək sətirlərin sonlarının səviyyələrinin nisbətən yaxınlaşdırılması. Məsələn, Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Mətni yenidən axıtmadan sonra aşağıdakı şəklə düşür: Bir çox tətbiqi proqramlarda – mətn redaktorlarında, hesabat genatorlarında, qrafik proqramlarda, masaüstü nəşriyyat sistemlərində və elektron cədvəl proqramlarında müxtəlif cür düzləndirmə imkanları vardır. Yenidən axıtmadan sonra sətirlərin sayı dəyişdiyindən, səhifə sonu simvollarının da yeri dəyişilir. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən başlamaq
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən formatlama
Yenidən formatlama — Tətbiqi proqramlarda: sənədin tərtibatında dəyişiklik, yəni şrift kimi stilistik detalların əvəzlənməsi, elementlərin quraşdırılması, abzasların düzləndirilməsi, başlıqların seçdirilməsi və s. 2. Verilənlərin saxlanması sahəsində: diskin təkrar formatlanması (onun işə hazırlanması), bu zaman oradakı informasiyanın hamısı məhv olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Yenidən yükləmək
Kompüter elmlərində yenidən yükləmək (ing. restart, ing. Reboot) — kompüter sistemini təzədən başlama vəziyyətinə gətirmək deməkdir. Adətən kompüterə yeni proqram quraşdırdıqdan sonra və ya kompüterin sistemində hər hansı səhv baş verdikdə həyata keçirilir.
Yenidən başlayaq
Yenidən başlayaq (ing. Begin Again) — Con Karninin rejissorluğu ilə 2013-cü ildə ekranlara çıxan musiqili ABŞ filmi. Həyatının çətin bir vaxtında səsyazma leyblının prodüseri Den Malliqan barda içki içərkən istedadlı müğənni-mahnı yazarı Qreta ilə tanış olur. İkisi Nyu-Yorkun səs-küylü küçələrində albom hazırlamağa qərar verirlər. Kira Naytli — Gretta James, müğənni-mahnı yazarı Mark Ruffalo — Dan Mulligan, musiqi prodüseri Adam Levin — Dave Kohl, Qrettanı keçmiş sevgilisi, uğurlu musiqiçi Catherine Keener — Miriam Hart, Denin ayrılmış arvadı Heyli Staynfeld — Violet Mulligan, Den və Miriamın on dörd yaşlı qızı James Corden — Steve, Qrettanın ən yaxın dostu CeeLo Green — Troublegum, Den tərəfindən kəşf olunan uğurlu repçi Yasiin Bey (Mos Def) — Saul, Denin biznes tərəfdaşı Rob Morrow — CEO Maddie Corman — Phillis Aya Cash — Jenny Jennifer Li — Mim beginagainfilm.com — Yenidən başlayaq rəsmi saytı Yenidən başlayaq — Internet Movie Database saytında.
Alma-Ata
Almatı (qaz. Алматы; 1921-ci ilədək — Vernı, orta əsrlərdə — Almatu) — Qazaxıstanın ən böyük şəhəri və 1927–1997-ci illərdə ölkənin paytaxtı. Əhalisi 2 milyon nəfərdir). Qazaxıstanın cənub şərqində yerləşən Almatı şəhəri, 1854-cü ildə Rusların şərqdə sərhəd qalası olaraq qurduqları şəhərdir və 2020-ci il 1 sentyabr statistikasına əsasən 1.955.080 nəfər əhalisi ilə Orta Asyanın ən inkişaf etmiş beynəlmiləl şəhəridir. Bir çox ticarət mərkəzi, restoranları, otelleri və kazinoları ilə varlı həyat tərzi ilə seçilir. Öncəki adı Alma Ata olan şəhər Alatau Dağları platosunda yerləşir. Bütün Qazaxıstanda olduğu kimi, Almatıda da ana dil qazaxca və ruscadır. Qazaxıstanın 1991-ci ildə Sovet İttifaqından müstəqillik əldə etməsindən sonra, Almatı şəhəri Qərb bazarlarına açılıb, çox sürətli inkişaf etmişdir. Almatı köhnə paytaxt olmasına baxmayaraq (indiki paytaxt Astana şəhəridir), hələ də ölkənin mədəni, iqtisadi və ticarət mərkəzi olaraq qalır. Almatı şəhəri qış turizmi üçün ideal yerdir.
Alma-mater
Alma mater (lat. alma mater, hərfi mənada "südverən, mərhəmətli ana") — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Mənəvi qida verən müəssisə olmaları anlamında işlənirdi. Orta əsrlər Avropasında "alma mater" həm də "bakirə Məryəm" kimi başa düşülürdü. Müasir leksikada alma mater, haqqında söhbət gedən şəxsin oxuduğu və ya oxumuş olduğu təhsil müəssisəsi mənasında işlənir. Alma Mater Studiorum (tərc. "tədqiqatları qidalandıran ana") əsası 1088-ci ildə qoyulmuş, Qərbi Avropanın və dünyanın fəaliyyətdə olan ilk və ən qədim ali təhsil müəssisəsi sayılan Bolonya Universitetinin şüarı və orijinal adıdır.
Alma (dəqiqləşdirmə)
Alma (bitki) — gülçiçəklilər fəsiləsindən bitki cinsi. Alma (meyvə) — meyvəçilikdə əsas yerlərdən birini tutan meyvə. Alma (qəzet) — 2006-cı ildə yaradılmış həftəlik ictimai-siyasi qəzet. Alma (fransız müğənni) — müğənni. Mədəni alma — alma ağacı cinsinə aid bitki növü Çəhrayı alma — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. Alma mater — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Alma dolması — almadan hazırlanan dolma. Alma-Ata — Qazaxıstanın ən böyük şəhəri. Alma turşusu və ya oksikəhrəba turşusu — ikiəsaslı oksiturşu. Alma şirəsi, Alma kvası, Alma kompotu, Alma şərbəti – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Alma (meyvə)
Alma (lat. Malus) — bitki növünün meyvəsi. Dünyada mədəni bitki kimi genş şəkildə becərilir. Bitki Orta Asiyada bu gün də bitən yabanı Malus sieversii növündən törəmişdir.
Alma (müğənni)
Alma (bitki) — gülçiçəklilər fəsiləsindən bitki cinsi. Alma (meyvə) — meyvəçilikdə əsas yerlərdən birini tutan meyvə. Alma (qəzet) — 2006-cı ildə yaradılmış həftəlik ictimai-siyasi qəzet. Alma (fransız müğənni) — müğənni. Mədəni alma — alma ağacı cinsinə aid bitki növü Çəhrayı alma — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü. Alma mater — teoloji və fəlsəfi təhsil verən təhsil müəssisələrinə, universitetlərə tələbələr tərəfindən verilən qədim qeyri-formal adlandırma. Alma dolması — almadan hazırlanan dolma. Alma-Ata — Qazaxıstanın ən böyük şəhəri. Alma turşusu və ya oksikəhrəba turşusu — ikiəsaslı oksiturşu. Alma şirəsi, Alma kvası, Alma kompotu, Alma şərbəti – Azərbaycanda qida qəbulundan(əsasən nahar və şam yeməyindən) sonra, toy və ziyafət məclislərində, qonaq qəbul edildikdə və başqa şadyanalıqda, isti günlərdə susuzluğu yatırmaq üçün içilir.
Alma Ata
Alma Zadiç
Alma Zadiç (bosn. Alma Zadić 24 may 1984, Tuzla, Bosniya və Herseqovina Sosialist Respublikası, Yuqoslaviya[…]) — Avstriyalı hüquqşünas və siyasətçi. Sebastiyan Kurtsun ikinci hökumətdə, 7 yanvar 2020-ci ildən bəri ədliyyə naziri vəzifəsini icra edir. 1994-cü ildə Bosniya müharibəsi zamanı Zadiç valideynləri ilə birlikdə Avstriyaya qaçır və Vyanada yerləşirlər. Alma bir müsəlman inanclı olaraq qeydə alınır, ancaq özü hər hansı bir dini mənsubiyyəti rədd edir. Vyana Universitetində hüquq təhsili alır. Sonradan Nyu-Yorkdakı (ABŞ) Kolumbiya Universitetini bitirir. Tələbə ikən Zadiç Vyanadakı Beynəlxalq Miqrasiya Təşkilatında kiçik işçi və Haaqada Keçmiş Yuqoslaviya üçün Beynəlxalq Cinayət Məhkəməsində təcrübəçi olaraq çalışmışdır. Siyasətdən əvvəl Zadiç Freshfields Bruckhaus Deringer çoxmillətli hüquq firmasının London qərargahında böyük işçi kimi çalışır. Zadiç Avstriyanın 2019-cu il parlament seçkilərində Avstriya Yaşıllar Partiyasından namizəd olur və Avstriya Milli Məclisinə seçilir.
Gavalıyarpaq alma
Gavalıyarpaq alma (lat. Malus prunifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Vətəni Şimali Çindir. Təbii halda Avropa və Asiyada geniş yayılmışdır. Mədəni şəraitdə 1750-ci ildən becərilir. Hündürlüyü 10 m-dən çox olan dekorativ ağacdır. Ağacın budaqları açıq-qonur və ya qırmızı rənglidir, enli, yumru çətir əmələ gətirir. Yarpaqları yumurtaşəkilli, ellipsvari və ya uzunsovdur, ucu biz, kənarları xırda dişlidir, əvvəl tüklü olub, sonradan çılpaqlaşır, parlaq tünd-yaşıl rənglidir, uzunluğu 10 sm-ə, eni isə 5-6 sm-ə çatır. Çiçəklərinin diametri 3 sm-ə yaxındır, ağ, bəzən çəhrayı rənglidir, 5-6 ədədi bir yerdə olmaqla çətirşəkilli çiçək qrupunda yerləşmişdir. Meyvələrin diametri 3 sm-ə çatır, şarşəkillidir, sarı və ya qırmızı rəngdədir.
Giləmeyvəli alma
Giləmeyvəli alma (lat. Malus baccata) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Yabanı halda Şərqi Sibirin cənubunda, cənub-şərqində, Mançjuriyada və Şimali Çində bitir. Hündürlüyü 5-10 m-ə çatan, yumru, sıx çətirli, çılpaq, nazik zoğlara malik ağacdır. Yarpaqları ellipsvari və ya yumurtavari, uzunluğu 8 sm, eni 4-4,5 sm, kənarları xırda dişli, ayanın üst səthi parlaq, çılpaq, ucu bizdir. Çiçəkləri ağ, diametri 3,5 sm-ə qədərdir. Meyvələri şarşəkilli, xırda, diametri 1 sm-ə qədər, uzun meyvə saplağına malik, qırmızı və ya sarıdır. Ağacda uzun müddət qalır. Soyuğa, quraqlığa davamlıdır, budanmanı yaxşı keçirir. Böyük Qafqazda təbii halda rast gəlinir.
Nəfəs alma
Nəfəs alma — havanın ağciyərlərə alınıb verilməsi prosesidir. Aerobik orqanizmlər enerji çıxarmaq üçün tənəffüs yolu ilə oksigenə ehtiyac duyar. Nəfəs almaq bədənin ehtiyacı olan oksigenin alınıb karbondioksidin atıldığı yeganə prosesdir. Qaz dəyişimi, ağciyər alveoları və ağciyər kapilyar damarlarındakı qan arasında, qazların passiv diffuziyası ilə meydana gəlir. Qandakı ayrılmış qazlar, ürəyin qanı dövr etdirməsi ilə və qan dövranı sistemi vasitəsilə bütün orqanizmə yayılır. Nəfəs alma prosesi, nəfəs alma (inspirasya) və nəfəs vermə (ekspirasya) mərhələlərindən ibarətdir. Normal fizioloji sərhədlər içərisindəki nəfəs almağın tibbi termini opnedir. Karbondioksidin atılmasına əlavə olaraq nəfəs almaqla orqanizmdən su da atılır. Alveola diffuziya məruz qalan su səbəbi ilə nəfəs %100 nəmdən ibarətdir.
Qızıl Alma
Qızıl Alma, Türklər özəlliklə Oğuz Türkləri üçün Qızılalma, üzərində düşünüldükcə uzaqlaşan ancaq uzaqlaşdığı dərəcədə cazibəsi artan ülkülər(uğruna çalışılan) və ya düşlərdir(gerçəkləşməsi istənən şey, ümid) Kəlimənin tam olaraq nə zaman, harda və necə keçtiyi bilinməməklə birlikdə tarixi axış içərisində həmişə qərb yönündə irəliləmənin bir simvolu olmuşdur. İstanbul'un fəthi'ndən sonra, Qızılalma'nın, Roma'da tapılan Saint-Pierre Kilisəsinin mehrabındakı altın top olduğu irəli sürülmüştür. Alma, türk və altay xalq inancında və mifologiyasında müqəddəs bir meyvədir. Alma, Olma, Ulma, Ulmo olaraq da deyilər. Monqolca Alıman (Alımah)dır. Meyvələrin anası və atası olaraq qəbul edilir. Ağacının çiçəkləri çəhrayı və ya ağ açar. Nüvəli müxtəlif rəngli meyvəsi olan bir ağacdır. Qadınla kişinin bir-birinə duyduğu sevginin simvoludur. Aqsaqqallının əlindən aldığı almanın qabığını yeyən sonsuz qadın əkiz doğurur.
Qəşəng alma
Qəşəng alma (lat. Malus spectabilis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Qəşəng alma dekorativ bitki kimi Yaponiya və Çində çox qədimdən becərilir. Hündürlüyü 8-9 m-ə çatan ağacdır. Budaqları qırmızımtıl-qəhvəyidir. Yarpaqları enli yumurtaşəkilli, oval və ya uzunsov-yumurtaşəkillidir, ucu sivriləşmişdir, göyümtül-yaşıl rəngdədir, əsası enli pazşəkillidir, kənarı xırda mişardişlidir. Yarpağın uzunluğu 8 sm-dir. Vegetasiya dövrü aprelin axırından sentyabrın əvvəllərinə qədər davam edir. May-iyun aylarında çiçəkləyir. Çiçəkləri ağımtıl-çəhrayı və ya açıq-qırmızıdır, 5-8 ədədi çətir çiçək qrupuna yığılmışdır.
Xırda alma
Xırda alma (lat. Malus × micromalus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Yaponiyada və Çində yayılmışdır. Hündürlüyü 7 m-ə çatan ağacdır. 42 illik ağacın hündürlüyü 12 m, gövdəsinin diametri 21 sm-dir. Budaqları dairəvi, açıq qəhveyi, sonralar tünd bənövşəyidir. Cavan budaqları sallaq, yumurtavari, çilpaqdır. Yarpağı növbəli, dar ellipsvari olub, uzunluğu 5-10 sm, eni 2,5-5 sm-dir. Cavan sallaq yarpaqları çılpaqdır. Vegetasiya dövrü apreldən oktyabra qədər davam etməklə mayın axırında çiçəkləyir, beşillik ağac bar verir.
Çəhrayı alma
Çəhrayı alma (lat. Syzygium jambos) — mərsinkimilər fəsiləsinin siziqium cinsinə aid bitki növü.
Boz alma
Boz alma (lat. Malus fusca) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Daryarpaq alma
Daryarpaq alma (lat. Malus angustifolia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.
Mədəni alma
Mədəni alma (lat. Malus domestica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. Asiyada təbii halda yayılmışdır. 3-6 və yaxud 10 -14 m hündürlüyü olan ağacdır. Gövdəsi çatlarla örtülmüş, böyük və yaşıl ağaclarda diametri 9 sm-ə çatır. Qollu-budaqlı, enliçətirlidir; bəzən çətiri yumurtavarı və ya şarşəkilli olur. Budaqları uzun müddət tüklü qalır. Oduncağı sıx, möhkəm və bərkdir. Tumurcuqları konusvarı və ya yumurtavarı olur. Yarpaqları iri və müxtəlif formalardadır.
Alma (bitki)
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.
Alma (cins)
Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər. Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur. Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.

Значение слова в других словарях